İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

21 Yanvar 2017 12:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”