Coşqun Rəhimov: “Bizi bir-iki nəfər qınayır”

28 Yanvar 2013 10:11 (UTC+04:00)


"Bu şəhərdə"nin aktyoru Coşqun Rəhimov canlandırdıqları qadın obrazlarına görə, onları qınayan şəxslər haqqında kəskin ifadələr işlədib. Aktyor AzNews.az-a açıqlamasında bildirib ki, "Bu şəhərdə" teatrının özəlliyi bu şəhərdə baş verən hadisələrin və həmin hadisələrin qəhrəmanlarının obrazını yaratmaqdır. Təbii ki, əsasən qadınları...

"Ümumiyyətlə, bizi başa düşməyən və bizi qınayan insanlara deyirəm ki, bu, 3 nəfərin teatrıdır. Əsasən qadın obrazlarını canlandırırıq. Bu da teatrın özəlliyidir. Bu şəhərdə qadın, kişi, uşaq, qoca, fəhlə, polis, oğru, "afirist" də var... məsələ bundadır ki, bizi tamaşaçılar deyil, bir-iki nəfər sənətçilərimiz qınayır. Onlar nəyəsə nail olmaq üçün piar xatirənə özünü reklam etmək istəyən şəxslərdi", - C.Rəhimov deyib.

Qeyd edək ki, aktyorlar Rəfael İsgəndərov və Coşqun Rəhimov canlandırdıqları qadın obrazlarına görə, bəzi qocaman həmkarlarının da hədəfinə çevriliblər.

Fuad Mədətov
AzNews.az