Səudiyyə Ərəbistanında terror

21 Yanvar 2017 21:05 (UTC+04:00)

"RİA Novosti" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə hüquq mühafizə orqanlarının keçirdiyi reyd zamanı baş verib.

Polis terrorçuları saxlamağa cəhd göstərərkən onlar partlayıcı bağlanmış kəməri işə salıblar. Partlayışda iki terrorçu ölüb. Digər şəxslər arasında ölən və yaralananların olmadığı xəbər verilir.

AzNews.az