Qadınlar Tramp əleyhinə etirazlara başladı - Fotolar

21 Yanvar 2017 21:25 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qadınlar yeni seçilən prezident Donald Trampa etiraz etmək üçün küçələrə axışıblar. Təşkilatçıların sözlərinə görə, aksiyada 200 min nəfər iştirak edib. Onlar arasında məşhur sənət adamları, eləcə də siyasətçilər var. Onlar arasında Aktrisa Skarlet Yohansson, Amerikalı rejissor Maykl Mur da olub.