Tramp vəzifəyə başlamasının birinci günündə “Obamacare” haqqında fərman imzaladı

21 Yanvar 2017 22:46 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, qanuna əsasən aztəminatlı amerikalılar tibbi sığortaya görə subsidiya alırlar. Qanunun qəbuluna qədər 40 milyonadək amerikalının tibbi sığortası olmayıb. 2017-ci ilədək 20 milyon amerikalı tibbi sığorta alıb. “Obamacare” adı ilə tanınan “Pasiyentlərin müdafiəsi və əlçatan tibbi xidmət haqqında” Qanun sosial resursların bölüşdürülməsi əsasında işləyir, yəni qanun bütün amerikalıların üzərinə minimal tibbi sığorta haqqını ödəmək öhdəliyini qoyur. Tibbi sığorta almaq istəməyən amerikalılar əməkhaqqının məbləğindən asılı olaraq ildə 300-900 dollar civarında cərimə ödəməlidirlər.