Taliban yaraqlıları hücum etdi - 16 polis əməkdaşı öldü

21 Yanvar 2017 22:58 (UTC+04:00)

Azərtac RİA Novosti informasiya agentliyinə telekanalına istinadla xəbər verir ki, həlak olanlar arasında 16 polis əməkdaşı var. Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yaraqlılar Mayvand qəzasındakı polis məntəqəsinə dörd dəstə ilə hücum ediblər. Hücumu köməyə gələn qüvvələrin sayəsində dəf etmək mümkün olub.

Son vaxtlar Əfqanıstanda bir-birinin ardınca terror aktları törədilir. Yanvarın 10-da parlamentin binası qarşısında intiharçı-terrorçu tərəfindən törədilmiş partlayış nəticəsində azı 38 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdı. Elə həmin gün Qəndəharda 11 nəfərin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin Əfqanıstandakı beş diplomatının ölümü ilə nəticələnən terror hücumu baş vermişdi.

AzNews.az