Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir

28 Yanvar 2013 10:46 (UTC+04:00)
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilir. APA-nın məlumatına görə, iclas 2012-ci ilin yekunlarına həsr olunub.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçirilən iclasda respublikada ötən il ərzində baş verən cinayətlər və onların aradan qaldırılması, həmçinin ölkədəki kriminogen vəziyyət müzakirə ediləcək.