Arvadını oğru sanaraq öldürdü - Amerikada şok hadisə

22 Yanvar 2017 14:05 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolinada 49 yaşlı amerikalı işdən evə qayıdarkən arvadını soyğunçu sanıb, tüfənglə atəş açıb.

Səhvini anlayarkən cəld xanımına yardım göstərməyə çalışıb. Onun sözlərinə görə, xanımı ölümündən əvvəl onu sevdiyini deyib.

Cütlük 17 il birgə yaşayıb, onların 2 övladı var.