Dövlət sərhədində Ermənistana məxsus PUA məhv edilib - Foto

22 Yanvar 2017 14:56 (UTC+04:00)

AzNews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 22-i gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.