Şeydayev Arşavinlə görüşdü - Foto

22 Yanvar 2017 15:56 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rusiyalı ulduz gənc forvarda öz məsləhətlətini verib. “Kayrat”ın 35 yaşlı hücumçusu Şeydayevə "Çox gəncsən, öz üzərində daha çox çalış və zamanı gözlə" - deyib.

Qeyd edək ki, Arşavin karyerası ərzində “Zenit” və “Arsenal” kimi klublarda çıxış edib. Təcrübəli oyunçu Rusiya millisinin heyətində 74 oyuna 17 qol vurub.

Əlavə edək ki, Ramil Şeydayevin qış transfer pəncərəsi bağlanana kimi “Trabzonspor”dan ayrılacağı gözlənilir.