Goranboyda avtomobil aşdı - yaralananlar var

22 Yanvar 2017 17:11 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.

Rayonun Zeyvə kənd sakini 1973-cü il təvəllüdlü Ruslan Qədimov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü və maşında olan sərnişin, 1962-ci il təvəllüdlü Asif Əskərov müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.