“Bakı Yığması” Soçidə - Yüksək liqada - Foto

22 Yanvar 2017 18:57 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın əməkdar artisti, tanınmış teleaparıcı Murad Dadaşov xəbər verib:

"Əziz dostlar, Əziz həmvətənlər! Bakı "KVN"in güclülər liqasında. Sadəcə afərin! " – şəxsi instagram hesabında paylaşımına belə şərh yazıb.

Qeyd edək ki, Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalının seçmə mərhələsində ümumilikdə 500-ə yaxın komanda qeydiyyatdan keçib. Azərbaycan bu festivala “Bakı Yığması” ilə qatılıb.