Dmitri Medvedev yenidənpartiya sədri seçildi

22 Yanvar 2017 19:48 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, D.Medvedev 2012-ci ildən “Yedinaya Rossiya” partiyasının sədridir. Partiyanın sədri açıq səsvermə yolu ilə beş il müddətinə seçilir. “Yedinaya Rossiya” partiyasının nizamnaməsinə görə, sədr vəzifəsinə partiyanın üzvü olmayan Rusiya vətəndaşı seçilə bilər.

Qurultay Boris Qrızlovu yenidən Ali Şura bürosunun rəhbəri seçib.