Kibrit çöplərindən 4 minarəli məscid düzəltdi - Foto

22 Yanvar 2017 20:30 (UTC+04:00)

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, 26 il sürücü kimi çalışan Efe təqaüdə çıxdıqdan sonra Atatürkün portretini, müxtəlif maketlər, ağacdan Quran üçün qutular hazırlayıb.

Jurnalistlərə bildirdiyinə görə, indiyə qədər 50 müxtəlif incəsənət nümunəsi hazırlayıb. Hazırladığı əşyaları satmır, yalnız hədiyyə verir.

"Fatma Gelin Camisi" adlandırdığı 4 minarəli məscid maketini hazırlamaq üçün 3 ay vaxt və 8500 kibrit çöpü sərf edib. 69 yaşlı təqaüdçünün sözlərinə görə, bu məscid üçün xeyli əmək sərf edib.