“Qarabağ" həm uddu, həm uduzdu

22 Yanvar 2017 20:52 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun ilk rəqibi Qazaxıstanın "Atrau" komandası olub. Bu oyunda Qurban Qurbanovun futbolçuları 0:1 hesabı ilə uduzub.

Günün ikinci qarşılaşmasında isə "Qarabağ" Polşa yüksək liqa təmsilçisi "Termalika" (hazırda turnir cədvəlində 4-cü yeri tutur) klubu üz-üzə gəlib. Bu görüş Bakı vaxtı ilə saat 18:30-da start götürməli olsa da, nəzərdə tutulan vaxtdan 8 dəqiqə gec başlayıb. Matç Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.