Xarici İşlər nazirləri Parisdə bir araya gələcək

28 Yanvar 2013 11:01 (UTC+04:00)


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün artıq Parisə yola düşüb.

Səfər çərçivəsində XİN başçısı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyaları müzakirə edəcəklər. Bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü də planlaşdırılır.

Qeyd edək ki, Parisdə iki ölkənin XİN başçılarının görüşüb-görüşəcəyi məlum deyil. Edvard Nalbandyan ötən həftə bəyan edib ki, zərurət yaranarsa, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər. Həmsədrlər nazirlərin görüşlərini planlaşdırsalar da, görüşün formatını nazilər özləri müəyyənləşdirməlidir.

AzNews.az