Əməkdar artist dünyasını dəyişdi

23 Yanvar 2017 11:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, teatrın aktyoru, Əməkdar artisti Faiq Məsim oğlu Qasımov 68-ci yaşında qəflətən vəfat edib.

Mərhumla vida mərasimi 24 yanvar 2017-ci il saat 11-dən 14-dək Gəncə Dövlət Dram teatrının binasında keçiriləcək.

Aktyor Fəxri Xiyabanda dəfn olunacaq.

O, 25 avqust 1948-ci ildə anadan olub. 1965-ci ildən Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyətə başlayıb. Realist aktyor məktəbinin istedadlı nümayəndəsi olan Faiq Qasımov hər zaman yaradıcılığında yumorun təbiiliyi, ifadə vasitələrinin əlvanlığı ilə seçilib.

Bahar RÜSTƏMLİ

AzNews.az