42 yaşlı kişi bıçaqlandı

23 Yanvar 2017 11:37 (UTC+04:00)

ARB Kəpəz xəbər verir ki, Gədəbəydə bıçaqlanma hadisəsi baş verib. Rayonun Qaradağ kənd sakini 42 yaşlı Əsgər Eldarov bədənin müxtəlif nahiyyələrini kəsilmiş deşilmiş yarası diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Müayinə zamanı zərəçəkmişin bədənində 2 bıçaq yarası aşkar edilərək əməliyyat edilib. Həkimlər Əsgər Eldarovun vəziyyətini kafi qiymətləndirir.

Xəyalı Səfərli - həkim: "Əsgərov Eldar Əli oğlu 1975-ci il doğumlu şöbəmizə döş qəfəsini sağ arxadivarının kəsilmiş deşilmiş yarası və sağ çiyinin kəsilmiş yarası ilə daxil olub. Xəstənin yaraları birinci cərrahiyyə işləndi və alhazırda stasionardadır"

Onun şəxsi münasibətlər zəmində həmkəndlisi tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az