Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi - Siyahı

23 Yanvar 2017 12:21 (UTC+04:00)

"Report" xəbər verir ki, qanunverici orqanın İntizam Komissiyasının tərkibində dəyişiklik edilməyib.

Belə ki, parlamentin İntizam Komissiyasında əvvəlki tərkib - deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə təmsil olunacaq.

Komissiyanın yeni tərkibinin təsdiqlənməsi məsələsinə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında baxılacaq.

AzNews.az