Lənkəran teatrına ağır itki

23 Yanvar 2017 12:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, teatrın aktyoru, Əməkdar artist Təvəkkül Əliyev bu gün səhər saatlarında qəflətən dünyasını dəyişib.

Teatrın mətbuat xidmətinin rəhbəri Ağəddin Babayevin sözlərinə görə, mərhumla vida mərasimi Lənkəran teatrında keçiriləcək: “Mərasimdən sonra Təvəkkül Əliyevin cənazəsi Bakıya yola salınacaq.”

Mərhum Zabrat qəbiristanlığında dəfn olunacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az