Aptekdə psixotrop dərmanlar satan şəxslər tutuldu

23 Yanvar 2017 13:30 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki apteklərdən birində satıcı işləyən Şirxan Əliyev və Rəcəb Qasımov satışına məhdudiyyət qoyulmuş psixotrop dərmanların satışı ilə məşğul olduqlarına görə saxlanılıblar.

Aptekə baxış zamanı 7030 ədəd "Tramadol", 250 ədəd "Tropi" və 275 ədəd "Paden" psixotrop dərmanlar aşkar edilərək götürülüb.