Oğrular bu dəfə sayğaclara göz tikdi - Foto

23 Yanvar 2017 13:42 (UTC+04:00)

ARB 24 xəbər verir ki, hadisə şəhərin 8-ci mk-da qeydə alınıb.

Eyni gündə 20-dən çox sayğacın oğurlanması sakinləri təşvişə salıb. Binada yaşayanlar gecə saatlarında suyun kəsildiyini görüblər. Səhəri su sayğaclarının qırılaraq aparıldığının şahidi olublar.

Hadisədən Sumqayıt Su Kanal İdarəsi xəbərdardır. Bildirilib ki, sakinlərin suyu elə həmin gün bərpa edilib və hadisə barədə şəhər polis idarəsinə məlumat verilib.

Oğruların tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

AzNews.az