AzNews.az xəbər verir ki, tamaşanın nümayişi zamanı qəflətən teatrın işıqları sönüb və premyerada iştirak edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qaranlıqda qalıb. Aktyorlar tamaşanı dayandırmaq məcburiyyətində qalıblar. Elektrik enerjisi veriləndən sonra tamaşa qaldığı yerdən davam etdirilib.
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AzNews.az-a açıqlamasında hadisəni təsdiqləyib:
“Bu bizimlə bağlı problem deyildi. Ətrafda tikinti işləri gedir. İşıqların sönməsi hec 10 saniyə çəkmədi. Qısa elektrik fasiləsi teatrın yerləşdiyi ərazidə olub. Teatrın elektrik təchizatı işə salındı və narahatlıq aradan qaldırıldı. Tamaşanın dayandırılması haqqında yazılanlar həqiqətə uyğun deyil. Səhnə əsəri öz axarı ilə davam etdi və premyera böyük uğurla başa çatdı. Bu, sadəcə, kiçik texniki hadisədir və yaradıcı işə təsirsiz ötüşdü”.
Bahar RÜSTƏMLİ
AzNews.az