Pedro Aqramunt yenidən AŞPA sədri seçildi

23 Yanvar 2017 15:23 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə qərar Assambleyanın Strasburqda keçirilən qış sessiyasında qəbul edilib.

P.Aqramunt ilk dəfə bu vəzifəyə 2016-cı ildə seçilərək lüksemburqlu nümayəndə Ann Brasseri əvəz edib.

Daha əvvəl P.Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub.

AzNews.az