Finlandiya Trampla Putinin görüşünü təşkil etməyə hazırdır

23 Yanvar 2017 16:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, belə bir bəyanatla Finlandiya baş naziri Yuxa Sipilya çıxış edib:

“Biz Arktika şurasının sammitində belə bir görüşü təşkil edə bilərik. Amma bu görüşün baş tuta biləcəyi ilə bağlı bizdə rəsmi məlumat yoxdur.”

Finlandiya 2017-2019-cu illərdə Arktika şurasının sammitinə başçılıq edəcək.

Bir müddət əvvəl Rusiya prezidenti Vladimr Putin Amerikalı həmkarı ilə istənilən vaxt görüşə hazır olduğunu bəyan edib.