62 yaşlı sərxoş piyada “07”-nin qurbanı oldu - Video

23 Yanvar 2017 17:22 (UTC+04:00)

ARB Şəki xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Əliabad qəsəbə sakini, Samiq Mahma oğlu Muradov idarə etdiyi “VAZ 21 07” markalı avtomobillə hərəkətdə olarkən yolu sərxoş halda keçmək istəyən piyada, həmkəndlisi 62 yaşlı Ramiz Ağabala oğlu Ağaməmmədovu vurub. Qəzadan sonra Ramiz Ağaməmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

AzNews.az