Trampın Azərbaycandakı ABŞ səfiri ilə bağlı qərarı

23 Yanvar 2017 18:08 (UTC+04:00)

Virtualaz.org bildirir ki, The Independent nəşrinin məlumatına görə, Tramp tələb edib ki, sabiq prezident Barak Obama tərəfindən təyin edilmiş bütün ABŞ səfirləri yanvarın 20-də günortaya qədər öz postlarını ləngimədən tərk etsinlər.

Bununla belə, həmin qərar ABŞ-ın Azərbaycandakı səfirinə, necə deyərlər, toxunmayıb.

"Səfir Robert Sekuta ixtisara salınmış diplomatların siyahısına daxil deyil. O prezident Obamanın təyinatı yox, karyera diplomatıdır, buna görə də Sekuta Azərbaycanda öz fəaliyyətini davam etdirəcək",-deyə ABŞ səfirliyindən virtualaz.org-a bildiriblər.

AzNews.az