Ermənistanda əsgər əsgəri güllələyib

28 Yanvar 2013 11:31 (UTC+04:00)
Ermənistan ordusu daha bir itki verib. APA-nın "Armtoday" saytına istinadən verdiyi məlumata görə, yanvarın 26-dan 27-ə keçən gecə "N" saylı hərbi hissənin əsgəri Yuri Qareqinyan tabel silahından xidmət yoldaşı Artak Qalustyana atəş açıb. A. Qalustyan hadisə yerində ölüb.

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib, araşdırma aparılır.