Tramp ailəsinin bu üzvü ona qarşı etiraz aksiyasına qoşuldu - Trampı dəstəkləmir - Foto

23 Yanvar 2017 20:10 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, İvankanın həyat yoldaşı Cared Kuşnerin kiçik qardaşı Coşua da Trampa qarşı keçirilən etiraz aksiyasına qoşulub.

Aksiyada iştirak edən qadınlar onun fotosunu da çəkiblər. Məlumata görə, Coşuanın aksiyaya qoşulması təəccüblü deyil. O, ötən il Esquire nəşrinə verdiyi müsahibəsində özünü demokrat hesab etdiyini və Trampı dəstəkləmədiyini, hətta seçkilərdə ona səs verməyəcəyini bildirib. O, ailəsi ilə olan münasibətindən də danışmağa çəkinib.