Tramp məhkəməyə verildi

23 Yanvar 2017 21:24 (UTC+04:00)

Trend "NBC" telekanalına istinadən xəbər verir ki, prezident digər hökumətlərdən qanuna uyğun olmayan ödənişlər almaqda ittiham edilir.

İddiada bildirilir ki, Donald Tramp öz şirkətləri ilə biznes əlaqəsini kəsmədiyi müddətdə konstitusiyanı pozmuş olacaq:

"Digər ölkələr Trampa məxsus "Trump Tower"də, onun Vaşinqtondakı "Old Post Office" otelində yer icarəyə götürürlər və buna böyük məbləğdə pul ödəyirlər. Bizim ölkədə heç bir prezident digər dövlətlərdən belə böyük məbləğlərdə pul götürməyib".

AzNews.az