ABŞ Trans-Sakit Okean Əməkdaşlığını tərk edir - Tramp fərman imzaladı

23 Yanvar 2017 21:44 (UTC+04:00)

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, hələ ötən il ABŞ-ın rəhbərliyi ilə hazırlanan razılaşma 12 ölkə tərəfindən imzalanmışdı. Razılaşma Asiya-Sakit okean regionunda geniş azad ticarət zonasının yaradılmasını nəzərdə tuturdu.

Tramp bu fərmanla öz hərəkətini Amerika zəhmətkeşləri üçün ən gözəl hadisə adlandırıb.

Eks-prezident Barak Obama administrasiyası bu razılaşmaya Çinlə iqtisadi durumun nizamlayıcısı kimi baxırdılar. Ancaq ABŞ konqressi sənədi ratifikasiya etmədiyindən qüvvəyə minməyib.