Bu il anti-Oskarı kimlər alacaq? - Qızıl moruq mükafatına namizədlər - Siyahı

23 Yanvar 2017 22:10 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, "Qızıl moruq" mükafatı ənənəvi olaraq “Oskar” mükafatının verilməsi ərəfəsində təqdim edilir.

Təşkilatçıların sözlərinə görə, namizədləri seçmək heç də asan olmayıb. Çünki onların sayı ötən illərlə müqayisədə xeyli çox olub. Bu səbəbdən hər kateqoriyada iddiaçıların sayı altıya qalxıb.

2016-cı ilin ən bərbad filmi adına “Betmen Supermenə qarşı”, “Yüngül əxlaqlı qız”, “Misir allahları”,“Nümunəvi kişi-2” filmi, “Amerika Hillari: Demokratlar partiyasının məxfi tarixi” sənədli filmi namizəddir.

“Nümunəvi kişi-2” və “Betmen Supermenə qarşı” qarşı filmləri nominasiyaların sayına görə liderdir. Uyğun olaraq 9 və 8 kateqoriyada "Qızıl moruq" mükafatını ala bilər.

İlin ən pis aktyoru adına Ben Afflek, Henri Kavill, Robert De Niro, Ben Stiller namizəddir.

Ən pis aktrisa adına isə Meqan Foks, Culia Roberts, Naomi Uotts, Şeylin Vudli,Bekki Terner namizəddir.