Rafiq Hüseynov Rüstəm İbrahimbəyovu gözləyir
28 Yanvar 2013 11:40 (UTC+04:00)
"Mən Kinematoqrafçılar İttifaqının katiblərindən biriyəm. Açığını desəm bu formada ofisdən çıxarılacağımızı gözləmirdim".
Bunu AzNews.az-a xalq artisti, diktor, Kinematoqrafçılar İttifaqının katibi Rafiq Hüseynov bildirdi. Onun sözlərinə görə, hazırda ittifaq üzvləri Rüstəm İbrahimbəyovdan qərar gözləyir:
"Rüstəm müəllimi gözləyirik. Katiblər ittifaqın bütün məsələlərində bir arada olardı. İndi yığışası bir yerimiz yoxdur. Hara yığışaq?"
Bahar Rüstəmli
AzNews.az