Devid Bekhem qızının saçlarını kəsdi - Fotolar

23 Yanvar 2017 23:07 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Devid işlərinin çoxluğuna baxmayaraq qızı ilə vaxt keçirməyi çox sevir. Harperlə gəzintiyə çıxır, onunla oyun oynayır, oyuncaq tikir, qarderobunu təzələməyə kömək edir.

Bu dəfə isə qızının saçlarını kəsib. Devid Harperin sarı rəngli saçlarını çox bəyəndiyinə görə, həyat yoldaşı Viktoriyaya saçlarını kəsməsinə icazə vermirdi. Doğulandan heç vaxt saçları kəsilməyən Harperin saçları xeyli uzanıb. İndi isə Devid özü onları kəsməyə qərar verib. Amma çox qısa kəsməyib. Sadəcə uclarından vurub.

Devid İnstagram hesabında foto paylaşmağı da unutmayıb.