Narkotik maddələrlə bağlı yeni - Müddəa

24 Yanvar 2017 11:19 (UTC+04:00)

"Report"un xəbərinə görə, təklif edilən dəyişiklik layihəsində qeyd olunub ki, həmin siyahı ilə tərkibində narkotik maddələr olan bitkilərin külli miqdarının ölçü vahidi kimi həmin bitkilərin yalnız sayı müəyyən edilib. Lakin tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarı qanunvericilikdə müəyyən edilməyib. Dəyişiklik bu səbəbdən təklif edilir.

Belə ki, Azərbaycanda bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər: tiryək xaşxaşı, yağlı xaşxaşın digər növlərinin 2-10 ədədi xeyli miqdar, 11 ədəd isə külli miqdarın aşağı həddi hesab ediləcək. Çətənə növlü bitkilərin 3-15 ədədi xeyli miqdar, 16 ədəd isə külli miqdarın aşağı həddi kimi qəbul edilir.

Bundan başqa, yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənənin kol-kosların 3-50 ədədi xeyli miqdar, 51 ədədi isə külli miqdarın aşağı həddi hesab ediləcək.

İqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan olunan bitkilər: kokain kolunun 1 ədədi xeyli miqdar, 2 ədədi külli miqdarın aşağı həddi, katın 2 ədədi xeyli miqdar, 3 ədədi isə külli miqdarın aşağı həddi kimi qəbul ediləcək.

Dəyişiklik layihə Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az