Polis maşını “011”lə toqquşdu - Sərnişin öldü + Video

24 Yanvar 2017 11:37 (UTC+04:00)

ARB TV xəbər verir ki, Tovuz rayon Polis Şöbəsinə məxsus “Fiat” markalı Post-Patrul avtomobili ilə rayonun Azadtəpə kənd sakini, 25 yaşlı Rəşad Qədimalıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub.
“VAZ-da olan sərnişin, Tovuz şəhər sakini, 30 yaşlı Tural Əskərov hadisə yerində ölüb. Sürücü isə ağır bədən xəsarətləri alıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

AzNews.az