İsmayıl Dağıstanlı- 110

24 Yanvar 2017 11:43 (UTC+04:00)

Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mərasim Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatrı Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə görkəmli sənətkar İsmayıl Dağıstanlının kino və teatr fəaliyyətindən danışılacaq, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs olunacaq. Anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Mərasim yanvarın 26-da Akademik Milli Dram Teatrında baş tutacaq.

AzNews.az