Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərdən birindən 5000 ABŞ dolları, 13000 manat dəyərində qızıl əşyalar, 1 ədəd kompüter və 1 ədəd fotoaparat oğurlanıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ülvi Məmmədli tutulub.