Kafedə dava - İki nəfər bıçaqlandı

24 Yanvar 2017 14:07 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, H.B.Əliyev küçəsi ev 14 ünvanında yerləşən kafedə qeydə alınıb.

Burada naməlum şəxs Balakən rayon sakinləri 1994-cü il təvəllüdlilər Rüstəm Qantıyev və Yaqub Mağlıyevin qol və ayaq nahiyələrinə bıçaqla xəsarət yetirib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az