61 yaşlı Mel Gibson ata oldu - Doqquzuncu dəfə

24 Yanvar 2017 15:34 (UTC+04:00)

AzNews.az "People" jurnalına istinadən xəbər verir ki, 61 yaşlı Gibsonun 25 yaşlı sevgilisi oğlunu Los-Ancelesdə dünyaya gətirib. Uşağın adını Lars Cerard qoyublar.

Aktyor Mel Gibson sevgilisi Rozalinda Rossla iki il bundan əvvəl görüşməyə başlayıb. Bu xanımın ilk övladıdır.

Yeni doğulmuş Larsdan başqa Gibsonun 2 qızı, 6 oğlu var. Bu uşaqlardan yeddisi Mel Gibsonun Robin Murla olan nikahından dünyaya gəliblər. Cütlük 2011-ci ildə boşanıb.

Boşanma prosesi zamanı aktyor rusiyalı Oksana Qriqoryevayla görüşməyə başlayıb. 2009-cu ildə cütlüyün Lyusiya adlı qızları dünyaya gəlib. Tezliklə Qriqoryeva Gibsonu məişət zorakılığında günahlandırıb, nəticədə cütlük ayrılıb.

Mel Gibson Oskara və Qızıl Qlobus mükafatlarına layiq görülüb.