“Prezidentin məcburi köçkünlərə diqqəti göz önündədir”- Fəttah Heydərov

24 Yanvar 2017 17:22 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib. O bildirib ki, prezidentin qayğısı erməni işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşları yaşadır və gələcəyə ümidləndirir: “Ötən gün Azərbaycan prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanı ölkəmizdə bu təbəqəyə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təbii ki, bu qayğı davamlı olacaq”.

F. Heydərov əlavə edib ki, dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi-köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq: “Azərbaycan prezidentinin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra o ərazilərdə quruculuqla bağlı çox böyük planları var. İnşallah, onlar da tezliklə yerinə yetəcək”.