“Oskar” mükafatının namizədləri məlumdur

24 Yanvar 2017 17:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Amerikanın məşhur “Oskar” kino mükafatları uğrunda bu il 5 kişi aktyor mübarizə aparacaq.

“İlin ən yaxşı aktyoru” nominasiyasında “Dəniz sahilində Mançestr” filmində canlandırdığı obrazla Denzel Vaşinqton, “La la lend” filmindəki roluna görə Rayan Qoslinq, “Kapitan Fantastik” filminə çəkilən Viqqo Mortensen, “Vicdani səbəblərə görə” filmində yaratdığı obrazla Endryu Qarfild namizəd olublar.