“Bu məsələ mənim mövzum deyil”

28 Yanvar 2013 12:30 (UTC+04:00)
Musavat Partiyasının başqanı İsa Qəmbərin Lənkəran səfəri bu dəfə də baş tutmadı. Bazar günü başqanla Lənkərana səfər edən partiya üzvləri, jurnalistlər yarı yoldan geri qaytarıldı. Bu hadisənin baş verməsini isə müxalifət düşərgəsi hakimiyyətin sifarişi olduğunu bəyan etdi.

Məsələyə aydınlıq gətirmək üçün hakim partiyanın icra katibi müavini, deputat Mübariz Qurbanlı ilə əlaqə saxladıq.

AzNews.az-a açıqlamasında M.Qurbanlı dedi ki, bu onun mövzusu deyil: "Bu məsələ mənim mövzum deyil. Bununla bağlı Dövlət Yol Polisi öz açıqlamasını verib. Onlarla əlaqə saxlayın".

Gültəkin
AzNews.az