Sevib evləndilər, amma təhdid altında yaşayırlar - Video

24 Yanvar 2017 22:27 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, təhdidlər gəncləri qorxutmur və nə olursa olsun sevgiləri üçün mübarizə aparacaqlarını deyirlər.

Valideynlərinin Günayı nişanladıqları Aqşin adlı gəncin qohumları məsələyə münasibət bildirdilər. Aqşinin bibisi qızı kimi özünü təqdim edən xanım Günayın onun qohumu ilə 4 il nişanlı qaldığını və heç nəyə məcbur edilmədiyini dedi.

Bununla belə, artıq onlar Günayı qəbul etmək istəmirlər. Onları məyus edən isə toy hazırlıqları zamanı qəfildən belə bir addımın atılmasıdır.

Gənclər isə hələ də həyatlarının təhlükədə olduğunu və rahat yaşaya bilmədikləri üçün narahatdırlar. Onları yalnız Günayın atasının razılığı sakitləşdirə bilər.