Azərbaycan qırqovul əti ixrac edə bilər

24 Yanvar 2017 22:49 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, təsərrüfat sahibi 3 il öncə gətirdiyi quşlardan indiyədək 600-ə yaxın qırqovul artırıb. Məqsədi quşçuluğun bu sahəsini qərb bölgəsində inkişaf etdirmək və gələcəkdə qırqovul ətinin ixracına nail olmaqdır.

Hazırda V.İsayev təsərrüfatı daxilində Rumıniya, Koreya, Fransa və digər ölkələrə məxsus 6-dan çox cinsin artırıldığını deyir.

Əsasən Fransadan gətirilən bu quşlar soyuğadavamlı olduğundan dağlıq və dağətəyi bölgədə onları yetişdirmək o qədər də çətinlik yaratmır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşların əti çox dadlı olur. İl ərzində 3 ay müddətində yumurta qoyan bu quşlardan təbii və inkubator yolu ilə bala alınır. Qırqovulların bəslənməsi də çox rahatdır. Çəkisi 1.5 kiloqramadək olan qırqovullar ev quşları kimi dənli bitkilərlə və otla qidalanırlar. Lakin qiyməti ev quşlarından bir xeyli bahadır. Qqırqovulların biri 35-50 manata satılır.

Qırqovulun ən bahalı növü kral cinsidir. Ölkəmizdə qırqovulun əsasən qızılı, məxməri, Qafqaz növləri saxlanılır.