Məşhur aparıcı Melanidən müsahibə almaq imtina etdi - O, ingiliscə güclə danışır - Foto

24 Yanvar 2017 23:34 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Chelsea Lately şousunun məşhur aparıcısı Çelsi Hendler Melani Trampdan müsahibə götürməkdən imtina edib. Buna səbəbsə Melaninin ingilis dilini yaxşı bilməməsidir.

Daha əvvəl də Çelsi birinci lediyə Tvitterdə sataşmışdı:

Trump said Melania will give two or three more speeches… Hopefully an interpreter will be present.

— Chelsea Handler (@chelseahandler) October 28, 2016

“Tramp demişdi ki, Melani yaxın günlərdə 3 və ya daha çox nitqlə çıxış edəcək... Ümid edirəm, həmin vaxt onun yanında tərcüməçi olacaq.”

Bununla da kifayətlənməyən Çelsi Donald və Melaninin fotosuu paylaşaraq, onların çox xoşbəxt göründüklərini yazmışdı.

Donald and Melania seem really happy. #AlternativeFacts pic.twitter.com/fKLq88Ud4c

— Chelsea Handler (@chelseahandler) January 24, 2017