Barbara Streyzand Donald Trampı təhqir edib - “Tramp çox təhlükəli və yararsızdır”

25 Yanvar 2017 11:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, aktrisa prezidenti təhqir edərək, onu “cahil,axmaq, mərhəmətsiz” adlandırıb. Streyzand öz ölkəsinə Trampdan əvvəlki prezidentləri xatırladıb. Onun fikrincə, Amerikaya Corc Vaşinqton, Avraam Linkoln, Bill Klinton və Barak Obama kimi liderlər başçılıq etməlidir:

“İndi biz Trampı gözləyirik, buna görə də mən öz ölkəm və dünya üçün narahatam. ”- deyə aktrisa yazıb.