Bakı-London aviareysində insident - Bələdçilər saxlanıldı + Yenilənib

25 Yanvar 2017 13:45 (UTC+04:00)

Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

AZAL-ın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

12:32

***

London-Bakı aviareysində gecikmə yaranıb. "APA-Economics" xəbər verir ki, aviareys Bakı vaxtilə saat 07:35-də yerinə yetirilməli idi.

Gecikməyə səbəb Bakı-London reysində baş verən insidentdir. Belə ki, bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, təyyarədəki sərnişinlərdən biri həddən artıq spirtli içki qəbul edib. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Reys yerinə yetirildikdən sonra Hitrou hava limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.