Araz Əlizadə seçkidən və puldan danışdı

28 Yanvar 2013 12:49 (UTC+04:00)



"Azərbaycan Sosial Demokrat Partiyası prezident seçkilərində iştirakla bağlı qərar verib". Bu barədə APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib. O bildirib ki, ASDP-nin prezident seçkilərində iştirakla bağlı qərarı partiyanın sonuncu qurultayında verilib:

"İlkin niyyətimiz partiyanın öz namizədi ilə seçkilərdə iştirakını reallaşdırmaqdır. Əgər bu alınmayacaqsa, partiya üzvlərinə seçkilərdə seçici kimi iştirak məsələsində sərbəstlik veriləcək".

A. Əlizadənin sözlərinə görə, partiya seçkilərə hazırlıq kampaniyasına başlamayıb: "Sosial Demokrat Partiyası çox mütəhərrikdir. Yəni biz qısa müddətdə seçkilərə hazırlıq məsələsini həll edə biləcəyik. Hələlik başqa problemlər var. Bir də ki, ".

A. Əlizadə qeyd edib ki, ASDP-nin hansısa birlik, blok və ya hərəkatda təmsil olunmamaq barədə qərarı da mövcuddur.

AzNews.az