2 kq tiryək və 1 kq heroin aşkar olundu - Foto

25 Yanvar 2017 13:53 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzNews.az-a verilən məlumata görə, 23.01.2017-ci il tarixdə saat 05:10 radələrində daxil olan məlu­ma­­t əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində Dövlət Sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmiş küllü miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürərək avtomobillə hadisə yerindən qaçmağa cəhd göstərən Ağdam rayon sakini Vəliyev Tapdıq Aydın oğlu və Laçın rayon sakini Nəbiyev Sənan Surxay oğlu sərhəd naryadı tərəfindən təqib olunaraq saxlanılıblar.

Avtomobilə baxış zamanı bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 2 kq tiryək və 1 kq heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.